Muxtar respublikada dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün növbəti test imtahanlarına start verilib

A- A A+

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 169 vakant vəzifənin tutulması üçün 696 müraciətin qeydə alındığı müsabiqədə daha çox sənəd təqdim edilən dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında "ASAN xidmət" Mərkəzi, (414 müraciət) və Dövlət Statistika Komitəsi (128 müraciət) öndə dayanır. Ən sıx müsabiqə vəziyyətinin yarandığı dövlət orqanı isə "ASAN xidmət" Mərkəzidir. Mərkəzin təqdim etdiyi "Vətəndaşların qəbulu işinin təşkili sektoru, aparıcı məsləhətçi" vəzifəsinin tutulması üçün 191 namizəd qeydiyyatdan keçib. Bu isə indiyə qədər keçirilən müsabiqələrdə qeydə alınan rekord göstəricidir. Həmin sektorun baş məsləhətçi (60 müraciət) və böyük məsləhətçi (56 müraciət) vəzifələri də müsabiqə vəziyyətinin sıx olduğu vakansiyalardır.

Ümumilikdə 100 sual təqdim olunan test mərhələsində namizədlərin qanunvericilik, Azərbaycan dili, informasiya texnologiyaları və məntiqi təfəkkür bilikləri yoxlanılır. 2 saat 30 dəqiqə vaxt ayrılan imtahandan əvvəl isə iştirakçılara slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilir.

Onu da qeyd edək ki, bu müsabiqədə ilk dəfə olaraq muxtar respublikada fəaliyyət göstərən dövlət teleradio və mətbuat orqanlarında işə qəbul üçün də vakant vəzifələr təqdim olunub. Bu istiqamətdə keçiriləcək esse imtahanında iştirak etmək üçün 10 namizəd, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün isə 4 namizəd qeydiyyatdan keçib. 

Dövlət İmtahan Mərkəzinin yenilənmiş və tam müasir müşahidə kameraları ilə təchiz olunmuş Test Mərkəzində 2-12 noyabr tarixlərində keçiriləcək test imtahanında obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi aparılır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında (www.dim.nmr.az) yerləşdirilir. Test imtahanlarında müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: