Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində İnnovativ dərnəklərə alınan avadanlıqların təqdimatı keçirilib - FOTOLAR

A- A A+

Naxçıvanda uşaqların təhsili ilə yanaşı asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması üçün də zəruri tədbirlər görülür, onların hərtərəfli yetişdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə noyabrın 3-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklərə alınan avadanlıqların təqdimatı  mərasimində təhsil naziri Rəhman Məmmədov danışıb.

Nazir bildirib ki, iyun ayında ilk dəfə olaraq muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi-satışı təşkil olunub, 348 şagirdin yaradıcılıq nümunələri sərgi-satışa çıxarılıb. İstedadlı və yaradıcı şagirdləri aşkar etmək, hazırladıqları əl işlərini qiymətləndirməklə onları həvəsləndirmək və yaradıcılıqlarının inkişafına lazımi dəstəyi göstərmək məqsədilə keçirilən müsabiqədən əldə olunan vəsait hesabına bu gün dərnəklər müxtəlif avadanlıq və xammalla təchiz olunur. Həmin vəsait hesabına dərnəklərə 2 ədəd hana, xalçaçılıq ipləri, dulusçuluq dərnəkləri üçün gil və boyalar, ebru dərnəkləri üçün boya və rəsm kağızları, çərçivələr, misgərlik üçün mis lövhələr, toxuma və bədii tikmə dərnəkləri üçün parça, ip və rəngli saplar, bijuteriya dərnəkləri üçün daş və muncuqlar, digər dərnəklər üçün isə alətlər dəsti, boya, epoksi maye, yapışdırıcı, daş tozu, lak, rəsm çərçivələri alınıb.

Tədbirin sonunda alınan avadanlıq və xammallar məktəbdənkənar təhsil müəssisələrinə təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: