NDU-nun tərəfdaş olduğu Avropa İttifaqının Erasmus+ LMQS layihəsi ilə bağlı növbəti onlayn görüş olub

A- A A+

Naxçıvan Dövlət Universitetinin tərəfdaş olduğu Avropa İttifaqının Erasmus+ LMQS “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyə sahəsində strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri” layihəsinin növbəti onlayn görüşü keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa İttifaqının layihə üzrə baş koordinatoru Yunanıstan Qərbi Attika Universitetinin professoru Panos Yannakopoulos və fransalı konsultant professor Jan Noel Paşu iştirakçıların layihə ilə bağlı suallarını cavablandırıb.

Görüşdə layihə ilə bağlı çətinliklər, renovator qrupunun gördüyü işlər, sorğu anketinin hazırlanması və icrası, magistr və bakalavr üzrə peşə kartlarının hazırlanması və layihə iştirakçılarının təlim seminarlarına hazırlığı kimi məsələlər müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: