NDU-da gözdən əlillər üçün oxunulan səsli kitabların təqdimat mərasimi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 13 noyabr - Beynəlxalq Gözdən Əlillər Gününə həsr olunmuş reabilitasiya mərkəzi ilə birgə hazırlanmış gözdən əlillər üçün oxunulan səsli kitabların təqdimat mərasimində Universitet Elmi Kitabxanasının direktoru Fariz Əhmədov bu günə qədər kitabxanada 20-dən artıq kitabın səsli oxunaraq mərkəzdə görmə qabiliyyəti məhdud şəxslərə təqdim edildiyini bildirib. Tələbələrin könüllü fəaliyyəti nəticəsində oxunulan kitabların sayının daha da artacağı diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq yaradılan bu xidmətdən istifadə edən görmə qabiliyyəti məhdud şəxslər burada qeydiyyatdan keçərək yaşadıqları ünvandan ev telefonu vasitəsilə əlaqə saxlamaqla mərkəzin kitabxanasında olan audio kitabları dinləyə bilərlər. Vurğulanıb ki, eyni anda 30 nəfərin istifadə etdiyi mərkəzdə şəxslərə 24 saat ərzində fasiləsiz xidmət göstərilir. Həmçinin diqqətə çatdırılıb ki, universitetin Media Mərkəzi ilə birgə fəaliyyətin nəticəsində “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan 6 əsər oxunub montaj edilərək mərkəzin audio kitab fonduna təhvil verilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: