Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi Ruminiyada dərc olunub

A- A A+

Naxçıvan Dövlət Universiteti “Beynəlxalq münasibətlər” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun “I Dünya müharibəsi ərəfəsində və müharibə illərində Rusiyanın Cənubi Qafqaz və Yaxın Şərq siyasətində erməni amili” adlı elmi məqaləsi Ruminiyada Scopus indeks bazasına malik “Transylvanian Review” adlı jurnalda dərc olunub. 
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə I Dünya müharibəsi illərində Rusiyanın Cənubi Qafqaz və Yaxın Şərq siyasətində erməni amilindən türklərə qarşı necə istifadə etdiyi və regionda onlara verilən dəstəkdən bəhs edir. Məqalədə Rusiyanın dəstəklədiyi ermənilərin osmanlı torpaqları və Cənubi Qazfqaz regionunda “Böyük Ermənistan” xəyallarını necə həyata keçirmək istədiyi haqda ətraflı məlumat verilir. 

Rusiyada çarizmin devrilməsi nəticəsində onun müharibədən çıxması, rus qoşunları ilə birlikdə ermənilərin də işğal etdikləri türk torpaqlarını tərk etməsi, ermənilərin Cənubi Qafqaz və Türkiyə əraziləri hesabına “Böyük Ermənistan qurmaq planlarını növbəti dəfə alt-üst etməsi məqalədə müəllifin gəldiyi nəticədir. 

http://www.transylvanianreviewjournal.com/ojsfolder/index.php/TR/article/view/643

Səadət Əliyeva 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: