NDU müəlliminin elmi məqaləsi Moskva şəhərində dərc olunub - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universiteti “İnformatika” kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Salmanovun “İnformasiyanın etibarlığının artırılması üsulları” mövzusunda elmi məqaləsi Moskva şəhərində nəşr olunan “Chronos: естественные и технические науки” (Xronos: Təbiət və Texniki Elmlər) jurnalında dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, məqalədə informasiyanın etibarlılığı informasiyanın real həyat obyektlərini lazımi dəqiqliklə əks etdirmə xüsusiyyətlərindən bəhs olunur. Belə ki, sınaq avtomatlaşdırma sistemlərinin müasir şəbəkə arxitekturalarında informasiyanın etibarlılığının artırılması sahəsində əsas problem “real” zaman sistemləri üçün etibarlılığın artırılması probleminin həllinə yönəlmiş metodların yaradılmasıdır. Məqalədə təsadüfi ədədlər generatorunun istifadəsi əsasında şərtsiz dayanıqlı kodlaşdırma üsulları qurmaq üçün istifadə olunan əsas yanaşmalar tədqiq olunur. Həmçinin müəllif göstərilən xüsusiyyətləri özündə əks etdirən generator qurmaq üsulu təklif edir.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: