Bu il ali məktəbə qəbul olanların sayı ötən illə müqayisədə 1 047 nəfər artıb

A- A A+

Bu il ali təhsilin bakalavriat səviyyəsi üzrə qəbul olanların sayında ötən illə müqayisədə 1 047 nəfər artım olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin təhlilinə görə, ali təhsilin magistratura səviyyəsi üzrə elektron ərizə qəbulunda iştirak edən bakalavrların sayı isə ötən illə müqayisədə iki dəfədən artıq, yəni 18 748 nəfər çox olub.

Qeyd olunub ki, bu artım 2021-ci ildə magistraturaya qəbul imtahanının bir mərhələ üzrə iki dəfə keçirilməsi ilə izah edilir. Eyni zamanda 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki illərlə müqayisədə daha çox məzun müraciət edib. Bu onunla izah edilir ki, təhsil haqqında qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, subbakalavrlar öz ixtisaslarına uyğun olaraq ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimində imtahan vermədən birbaşa iştirak etmək hüququ əldə ediblər.

Ümumilikdə, bu il ərizə qəbulunda iştirak etmiş şəxslərin sayı ötən illə müqayisədə 32 261 nəfər (13.8%) çox, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş şəxslərin sayı isə 4 091 nəfər (5.4%) çox olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: