NDU professorunun elmi məqaləsi yüksək impaktfaktorlu “Beynəlxalq Entomoloji Tədqiqatlar” jurnalında dərc olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, universitetin  “Baytarlıq təbabəti” kafedrasının professoru, biologiya üzrə elmlər doktoru Etibar Məmmədovun müəllifi olduğu məqalə “Naxçıvan Muxtar Respublikası şəraitində camışlarda anoplosefalyat törədicilərinin yayılması” (Spread of anoplocephales pathogens in buffaloes in the conditions of Nakhchivan Autonomous Republic) adı altında dərc olunub. Müəllif məqalədə muxtar respublikanın müxtəlif ərazilərində camışlarda intensiv müşahidə edilən-bağırsaq setodlarının yayılma xüsusiyyətlərinin, invaziyanın mövsümi dinamikasının araşdırılmasına dair maraqlı elmi tədqiqatlar aparıb. Araşdırılan elmi nəticələr məqalədə ümumiləşdirilib.

Qeyd edək ki, “Beynəlxalq  Entomoloji tədqiqatlar” (International Journal of Entomology Research) jurnalı Web of science indeks bazasına malik, yüksək impaktfaktoru ilə seçilən və biologiya elmləri sahəsində dünyada daha çox istinad olunan dərgilərdən biridir. 

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: