Naxçıvanda dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanların müsahibə mərhələsinə sənəd qəbulu dekabrın 15-nə qədər davam edəcək

A- A A+

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün keçirilən növbəti test imtahanı başa çatıb.

Dövlət orqanları sırasında ən sıx müsabiqə vəziyyətinin yarandığı orqan “ASAN xidmət” Mərkəzidir. Bu orqanda müvafiq vəzifələrin tutulması üçün müraciət etmiş 132 namizəd uğur qazanıb. Dövlət Statistika Komitəsinə müraciət edən namizədlərdən isə 51-i uğur qazanıb.

2-12 noyabr tarixlərində keçirilən test imtahanının nəticələrinə əsasən 606 namizəd imtahanlarda iştirak edib, 267 namizəd isə müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsinə sənəd qəbulu dekabrın 15-nə qədər davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: