NDU-da “II Xarıbülbül kuboku” uğrunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri Arzu Abdullayev gənclərin inkişafında intellektual oyunların əhəmiyyətindən danışıb. Qeyd edilib ki, tələbələrin bilik və bacarıqlarının formalaşmasında intellektual oyunların xüsusi rolu var.
14 komandanın iştirak etdiyi oyunda Azərbaycan tarixi, Qarabağın tarixi və mədəniyyəti haqqında 24 sual səsləndirilib. İki mərhələdən ibarət olan, gərgin və maraqlı keçən yarışda komandalar təqdim edilən sualları cavablandırıb. Yarışın yekununda “Qasırğa” komandası I, “Paradoks” komandası II, “Diplomatlar” komandası isə III olub.
Qalib komanda kubok, diplom və kitabla mükafatlandırılıb.
Fəxriyyə Səyyadova