Xalq artisti, tarzən Ramiz Quliyev Musiqi Kollecinin tələbələri üçün onlayn ustad dərsi keçib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Musiqi Kollecində Azərbaycan Respublikasının Xalq artisti, professor, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin ustad dərsi təşkil edilib. 

Ramiz müəllim dərs zamanı tələbələrə tarın temperasiya imkanlarından, səs üzərində iş, pozisiyalar haqda, muğam ifaçılığı barəsində ətraflı məlumat verib. 

Tarzənin ifası üzrəində qurulan ustad dərsi müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb. Kollecin “Tar” ixtisası üzrə təhsil alan III kurs tələbələrinin ifasında ”Rahab”, “Çahargah” muğamları, “Üç xatirələr”, Konsert pyes” əsərlərini dinləyən Ramiz müəllim tələbələrin istedad və bacarığını xüsusi qiymətləndirərək öz məsləhət və təkliflərini verib.  Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Etiqad Seyidov, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İlqar Hüseynov  və digər müəllimlərin tar alətinin ifa xüsusiyyətləri və muğam ifaçılığına dair  müxtəlif sualları cavablandırılıb. 

Qeyd edək ki, ustad dərsində Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Elmi  mərkəzinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Nuridə Cəfərova da iştirak edib. 

Səadət Əliyeva 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: