Naxçıvan xalçalarına həsr olunmuş kitabın təqdimatı keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Təsviri incəsənət” kafedrasının baş müəllimi Siddiqə Hacıyevanın müəllifi olduğu “Naxçıvan xalçaları və tikmələri” adlı dərs vəsaiti və “Naxçıvan xalçaçılıq məktəbi” fənn proqramının təqdimatı keçirilib.  

Mərasimdə ali təhsil ocağının rektoru Elbrus İsayev dərs vəsaitini “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022- ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2018-ci il 9 aprel tarixli Sərəncamına mühüm töhfə olaraq dəyərləndirib.  Bildirilib ki, təqdim edilən dərs vəsaiti muxtar respublikada xalçaçılığın inkişafı, tətbiqi istiqamətində görülən işlərin əməli nəticəsidir. Kitab nəinki tələbələr, hətta bu işlə həvəskar məşğul olanlar üçün də faydalı olacaq. 

Universitetin “Təsviri incəsənət” kafedrasının professoru, Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru, Naxçıvan Rəssamlar Birliyinin üzvü Ülviyyə Bağırova, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Azərbaycan Rəssamlar Birliyinin üzvü Fizzə Quliyeva kitabın əhəmiyyətinə diqqət çəkiblər.

Sonda milli üslubda tərtib olunan təqdimat zalında tələbələrin miniatür kompozisiyalı, milli-tikmə sənəti nümunələrindən ibarət 30-dan artıq əl işi sərgilənib. 

Etibar Dərbəndəliyev 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: