NDU-da “Tələbədən şagirdə” adlı kitab aksiyasına start verildi - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Tələbədən şagirdə” adlı kitab aksiyası keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, YAP Universitet Şəhərciyi Ərazi ilk Partiya Təşkilatının sədri Arzu Abdullayev gəncləri ətrafında sıx birləşdirən bu layihələrin tələbələrin bacarıqlarının, dünyagörüşlərinin qiymətləndirilməsi baxımından çox önəmli olduğunu vurğulayıb.

Təqdim olunan layihə ali məktəblərə qəbul olan abituriyentlərə dəstək məqsədi daşıyır. Belə ki, ali məktəbə qəbul olan tələbələr abituriyent dövründə istifadə etdikləri dərs vəsaitləri, test proqramları və tədrisə köməkçi müxtəlif vasitələrini tələbə olmaq istəyən şagirdlərə təqdim edir. Vurğulanıb ki, tələbələrin könüllü olaraq qatıldığı bu layihə hər ay həyata keçiriləcək.

Sonda aksiyanın iştirakçısı olan tələbələr öz vəsaitlərini könüllü olaraq kitabxanaya təqdim ediblər.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: