Təhsil tələbə kreditinin qaytarılması zamanı tələbəyə möhlət verilə bilər

181

Təhsil tələbə kreditinin qaytarılması zamanı tələbəyə möhlət verilə bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun sədri təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, möhlət müddətinin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydalar var.

Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun Nizamnaməsi” təsdiq edilib. Fondun yaradılmasında məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

2021-ci il iyulun 24-də Baş nazir Əli Əsədov “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: