Ordubad rayonunda 2020-2021-ci tədris ili üzrə 168 məzun ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir Ordubad rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi zamanı səsləndirilib.

Rayonda müasir təhsil infrastrukturu yaradıldığını bildirən Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov bildirib ki, hazırda isə Vələver, Dırnıs və Pəzməri məktəblərində quruculuq işləri aparılır.

“Hazırda ümumtəhsil məktəblərində 465 sinifdə 5155 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 855 müəllim məşğul olur”,-deyən təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, məktəblərdə 665 kompüter və 85 elektron lövhə quraşdırılıb. 6 məktəbdə STEAM kabinəsi yaradılıb, 9 məktəbdə isə yaradılır.

Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2020-2021-ci tədris ili üzrə 259 məzunundan 240-ı və ya məzunların 92,7 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib. Onlardan isə 168-i ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olub. 21 məzun imtahanlarda 500-700 bal arası nəticə göstərib. Təhsildə qazandıqları nailiyyətlərə görə məzunlardan 1-i gümüş nişana, 3-ü isə fərqlənmə attestatına layiq görülüb.

Sonra təhsil naziri rayon təhsil şöbəsinin əhatə etdiyi  məktəblərin  dörd illik fəaliyyətini ayrı-ayrılıqda müzakirə edib. Bildirilib ki, rayonun 10 məktəbinin məzunlarının hamısı, 5 məktəbinin isə məzunlarının 73 faizdən çoxu ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Təhsil naziri rayonda fəaliyyət göstərən 32 tam orta məktəbdən 15 məktəbin nəticəsinin yaxşı olduğuna görə məktəblərin kollektivlərinə təşəkkür edib.

Sonda Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən 15 məktəbə diplomlar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: