Ədliyyə Nazirliyinin əməkdaşları NDU tələbələri üçün seminar keçib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təşkilatçılığı ilə “Cinayətlərin açılması və cinayətkarlığın qarşısının alınmasında insan izlərinin tədqiqinin əhəmiyyəti” mövzusunda universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən seminarda çıxış edən fakültənin dekanı, dosent Yusif Hüseynov seminarın əhəmiyyətindən danışıb. Qeyd edilib ki, bu kimi tədbirlərin keçirilməsi tələbələrin gələcəkdə peşəkar hüquqşünas kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Ballistik və trasoloji ekspertizalar bölməsinin eksperti, I dərəcəli ədliyyə qulluqçusu Cavid Əliyev məhkəmə ekspertizası, daktiloskopiya, məhkəmə-daktiloskopik ekspertizanın predmeti, daktiloskopik ekspertizanın obyektləri haqında məlumat verib. Diqqətə çatdırılıb ki, məhkəmə-daktiloskopik ekpertizanın tədqiqat obyektlərinə xüsusi diqqətlə yanaşılmalı, üzərində iz qalması ehtimal olunan obyektlər hadisə yerindən düzgün götürülməli və qablaşdırılmalıdır ki, sonrakı tədqiqat prosesində müsbət nəticə əldə etmək mümkün olsun.

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: