“Naxçıvan” Universitetində elmi konfrans:Turizmin müasir vəziyyəti müzakirə olundu - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfransda çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva Naxçıvanda mühüm gəlirli sahələrdən biri olan turizmin inkişafına göstərilən xüsusi diqqətdən danışıb.
“Həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar diyarımızda turizmi də inkişaf edən bir sektora çevirib. Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, tarixi və mədəni abidələrin bərpası, müalicə mərkəzlərinin yenidən qurulması, yeni otel və istirahət mərkəzlərinin tikilməsi, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqlarının istifadəyə verilməsi, avtomobil yollarının yenilənməsi turizmin daha dinamik inkişafına təkan verib”,- deyən rektor son illərdə Naxçıvanda kənd və yaşıl turizmin potensialından səmərəli istifadə olunduğunu, dini turizmin təbliği istiqamətində mühüm işlər görüldüyündən danışıb.
Konfransda iqtisad üzrə fəlsəfə doktoru, dosent Əli Cabbarovun "Zəngəzur-İstanbul marşrutu üzərində Naxçıvanın tranzit mövqeyi” mövzusunda çıxışı dinlənilib. Çıxışda Zəngəzur dəhlizinin açılmasının otuz ilə yaxın bir müddətdə blokada şəraitində qalmış Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyəti vurğulanıb.
Diskussiya şəklində davam edən konfransda mövzular ətrafında müzakirələr aparılıb.
Aynur Əliyeva