“Sağlam gənclik-sağlam gələcək” layihəsi çərçivəsində məktəblilərlə görüş keçirildi - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi “Təməl Tibb fənləri” kafedrasının kollektivi “Sağlam gənclik-sağlam gələcək” layihəsi çərçivəsində Naxçıvan Qarnizonu tam orta məktəbində olublar. Fakültənin ənənəvi olaraq keçirdiyi  “Sağlam ol” layihəsinin davamı olaraq bu tədbir gənclərə sağlam həyat tərzinin aşılanması və əhali arasında səhiyyə maarifi işinin təşkili məqsədilə təşkil olunub. Heydər Əliyev adına hərbi liseyin kursantları və Naxçıvan qarnizonu tam orta məktəbinin kollektivinin  iştirak etdiyi görüşdə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər qeyd edib ki, görüşün məqsədi tibb sahəsinə marağı olan şagirdlərin gələcəkdə bu sahədə təhsil almaq üçün onları həvəsləndirmək, eyni zamanda hər kəsin bilməli olduğu ilk tibbi yardım barədə ətraflı məlumatlar verməkdən ibarətdir. 

Layihənin rəhbəri “Təməl tibb fənləri” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva öz çıxışında layihə haqqında məlumat verib. Bildirilib ki, layihə ayda bir dəfə olmaqla muxtar respublikanın ümumtəhsil məktəblərində həyata keçiriləcək. 

Sonra “Tibbi profilaktika” və “Tibbi” ixtisası üzrə təhsil alan tələbələrin “Fast food”, “Fiziki aktivliyin orqanizm üçün əhəmiyyəti”, “Cipsi”, “Uşaqlarda piylənmə”, “Coca-Cola”, “Məktəblilərin qidalanması” kimi mövzularda hazırladıqları təqdimatlara baxış keçirilib. 

Sonra tədbirdə hazırlanan rəsm sərgisinə baxış keçirildikdən sonra şagirdlər könüllü olaraq müayinədən keçiblər.
Sonda tədbir təşkilatçılarına fəxri fərmanlar təqdim olunub. 

Məmmədbağır Dünyamalıyev 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: