Hüquqşünas-tələbələr Ali Məhkəmədə 5 günlük təlimə cəlb edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində hamiliyə verilmiş ixtisaslarda təhsil alan hüquqşünas-tələbələr üçün “Ədalətli məhkəmə araşdırması hüququ üzrə” təlim keçirilib.
Tələbələrin hüquqa dair biliklərini daha da təkmilləşdirmək, eləcə də bu sahəyə olan marağını artırmaq məqsədilə keçirilən təlimdə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan 2-ci və 3-cü kurs tələbələri iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində olan gələcəyin hüquqşünasları əvvəlcə məhkəmənin müxtəlif strukturlarında iş şəraiti ilə tanış olublar. Tanışlıq zamanı tələbələri maraqlandıran suallara qurumun əməkdaşları tərəfindən aydınlıq gətirilib.
Sonda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Kommersiya kollegiyasının sədri Əhliman Xıdırov “Ədalətli məhkəmə araşdırması hüququ üzrə” tələbələrə təlim keçib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən 5 günlük təlim noyabrın 29-dan dekabrın 3-dək davam edib.
Ərhan Novruzov