“Naxçıvan” Universitetində “Əxlaqi-nasiri” əsəri müzakirə edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetinin Elmi Kitabxanasında görkəmli filosof-alim Nəsirəddin Tusinin Naxçıvanda oxunması zəruri olan kitablar siyahısına daxil edilən “Əxlaqi-Nasiri” əsərinin müzakirəsi keçirilib.

Tədbirdə universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il avqustun 28-də imzaladığı Sərəncamın mahiyyəti barədə məlumat verib. Görkəmli filosof-alim Nəsirəddin Tusi haqqında qısa məlumat verən rektor “Əxlaqi-nasiri” əsərinin didaktik dəyərini diqqətə çatdırıb.

Çıxış edənlər bildirib ki,  Nəsirəddin Tusi bu əsərində əxlaqi tərbiyə ilə yanaşı, həmçinin dövlətçilik ənənələrinin təsvirinə və təbliğinə də geniş yer verib.  Görkəmli filosof Azərbaycan siyasi fikir tarixində ilk dövlət nəzəriyyəçisi kimi də tarixə düşüb.

Tədbir slaydların nümayişi və maraqlı mübarizə ilə davam edib.

Aynur Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: