NDU-da “Əczaçılıq botanikası” dərsliyinin təqdimatı keçirilib - FOTOLAR

A- A A+

Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, “Əczaçılıq və biokimya” kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Mürsəl Seyidov, həmin kafedranın baş müəllimi  Əzizə Hüseynovanın həmmüəllifi olduqları dərslik ali məktəblərdə “Əczaçılıq” ixtisası üzrə təhsil alan tələbələr və müəllimlər üçün nəzərdə tutulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə  Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında keçirilən təqdimat mərasimində danışılıb.

Diqqətə çatdırılıb ki, kitabda bitkilərlə ümumi tanışlıq, hüceyrə nəzəriyyəsinin ümumi quruluşu, toxumalar, vegetativ və generativ orqanlar, bitkilərin çoxalması və inkişafı, hava və kök vasitəsilə qidalanması və bir çox məsələlər geniş izah edilib.  

“Əczaçılıq” ixtisası üzrə II kurs tələbəsi Sahilə Yusifova müəllimlərinin gərgin əməyi nəticəsində ərsəyə gələn kitabın tələbələr üçün əhəmiyyətindən danışıb və tələbələr adından öz minnətdarlığını bildirib.

Sonda müəlliflər tərəfindən tələbələrə kitab hədiyyə olunub.

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: