NDU-da orta məktəb müəllimləri üçün ixtisasartırma kurslarına start verilib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetində orta məktəb müəllimləri üçün “Texnologiya müəllimliyi” ixtisası üzrə ixtisasartırma kursları təşkil edilib. Universitetin televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən  NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 5 gün davam edəcək kurslar həmin ixtisasları əhatə edən kabinə və mərkəzlərdə hər gün 2 saat olmaqla müəyyənləşdirilib. Təlimlərdə 15 nəfər müəllim iştirak edir.

Kursun koordinatoru, Filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva kursun keçirilməsində əsas məqsədin orta məktəb müəllimləri ilə universitet arasında əlaqələri genişləndirmək olduğunu bildirib.

Müəllimlər “Tikiş texnologiyası”, “Xalçaçılıq texnologiyası”, “Toxuculuq texnologiyası”, “Kulinariya”, “Ağac və metal məmulatlarının hazırlanması texnologiyası” kabinələri ilə tanış olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: