Heydər Əliyev Muzeyində tələbələr üçün açıq dərs: “Ümummilli lider Heydər Əliyev və Naxçıvan”

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin tələbələrinin iştirak etdiyi açıq dərsdə Mədəniyyət Nazirliyinin şöbə müdiri Gülbuta Babayeva Heydər Əliyev Muzeyinin  Azərbaycanda ümummilli liderimizin sağlığında yaradılan ilk muzey olduğunu bildirib. Vurğulanıb ki, Ali Məclis Sədrinin 18 fevral 1999-cu il tarixli Sərəncamı əsasında yaradılan Heydər Əliyev Muzeyi 10 may 1999-cu ildən fəaliyyət göstərir.

Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev bildirib ki, qədim Naxçıvan yüz illər boyu Azərbaycan dövlətçilik ənənələrinin yaşadıldığı dayaq mərkəzi, milli birliyin, həmrəyliyin dəyişməz ünvanı kimi tarixdə öz yerini alıb. 1990-1993-cü illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyasını, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesini məhz Naxçıvandan başlaması da, bu mənada, taleyin hökmü idi. Bu illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilərək milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına rəvac verib. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında qəbul olunan tarixi qərarlar müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutub.

Ramil Orucəliyev deyib ki, bu gün ölkəmizin və onun Naxçıvan Muxtar Respublikasının inkişafı, tərəqqisi, əldə olunan mövcud sabitlik və yüksək rifah ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Bu yol xalqımızı dünən və bu gün olduğu kimi, gələcəkdə də daha xoşbəxt günlərə qovuşduracaq.

Açıq dərsdə tələbələr muzeyin ekspozisiyası ilə də tanış olublar.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: