Coğrafiya İnstitutu: Qarabağ ərazisi üçün xəritələr tərtib edilib

A- A A+

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Müasir iqlim dəyişmələri fonunda Azərbaycanın iqtisadi-coğrafi rayonlarının iqlim ehtiyatlarının və sinoptik proseslərin qiymətləndirilməsi (2020-2025-ci il)” mövzusunda elmi-tədqiqat işləri aparılıb.

İnstitutdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ilkin mərhələdə Böyük və Kiçik Qafqaz, ikinci mərhələdə isə Kiçik Qafqaz ərazilərində yerləşən iqtisadi-coğrafi rayonların müasir və gözlənilən iqlim ehtiyatları və sinoptik prosesləri qiymətləndirilib.

Mövzu ilə bağlı işğaldan azad olunmuş ərazilərdə iqlim göstəriciləri (havanın temperaturu və atmosfer yağıntıları) bərpa edilib və müasir dövrün iqlim şəraitini və ehtiyatlarını səciyyələndirmək üçün müvafiq hesablamalar aparılıb. Qarabağ ərazisi üçün xəritələr tərtib edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: