Naxçıvan Dövlət Universitetində əcnəbi tələbələrin konserti keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti xarici tələbələrinin hazırladığı şeir və mahnılarından ibarət konsert-kompozisiya təşkil edilib.

Tibb üzrə “Hazırlıq” kursunun dinləyicisi Yunus Emre Ezilmezin aparıcı olduğu tədbirdə müxtəlif ixtisaslar üzrə əcnəbi tələbələrin bədii qiraəti, müxtəlif mahnılar səsləndirilib. Əcnəbi tələbələrdən ibarət vokal qrupu Vasif Allahverdiyevin “Azərbaycanım”, Aygün Səmədzadənin “Azərbaycan” mahnılarını xorda ifa ediblər.

“Müalicə işi” ixtisası üzrə III kurs nigeriyalı tələbə Jozef Okpamen Azərbaycan və Türk mahnılarını böyük ustalıqla ifa edib.

Tələbələr Cəfər Cabbarlının “Bayraq”, universitetin müəllimi və şair Xanəli Kərimlinin yazdığı “Bayrağını uca qaldır, Ana Vətən”, “Gözün aydın, Azərbaycan” şeirini yüksək vətənpərvərliklə təqdim ediblər. Türkiyəli tələbələrin üstünlük təşkil etdiyi konsertdə Azərbaycan və Türk mahnılarından ibarət solo və xor ifalarına yer verilib.

Sonra konsert haqda yekun söz deyən universitetin rektoru Elbrus İsayev tələbələrin yüksək vətənpərvərliklə təqdim etdiyi tədbiri yüksək qiymətləndirib. Elbrus İsayev artıq bir neçə tədbirlərdə fəal mövqeləri ilə çıxış edən hər bir tələbəni təbrik edib, onlara uğurlar arzulayıb və tədbirdə əməyi keçən hər kəs  diplomla təltif edilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: