NMİ-nin tələbələri Qars müqaviləsinə həsr olunmuş xalça toxuyub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun xalça emalatxanasında toxunmuş “Qars müqaviləsi” adlı süjetli və ornamental xalçaların təqdimatı keçirilib.

Bununla bağlı keçirilən tədbirdə institutun rektoru Azad Novruzov institutun İncəsənət kafedrasının nəzdində  fəaliyyət göstərən xalçaçılıq emalatxanasında tələbələrin xalçaçılıq sənətinin sirlərinə daha dərindən bələd olduğunu, institutda İncəsənət kafedrasının nəzdində xalçaçılıq dərnəyinin fəaliyyət göstərdiyini deyib.

İnstitutun İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam Həbibə Allahverdiyeva  xalçalar haqqında məlumat verib.  Bildirib ki, Qars müqaviləsinin 100 illik yubileyini özündə əks etdirən xalça 73x83 sm ölçüdədir. Kənar hissəsində dəvə təsvirinin stilzə olunmuş forması, mərkəzi hissədə isə Qars müqaviləsini, Azərbaycan və Türkiyə dostluq və qardaşlığını özündə əks etdirən simvollar, Ağrı dağı və Haçadağ, Naxçıvanın qədimliyini özündə əks etdirən abidələri, daş qoç fiqurları təsvir olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: