Naxçıvan Dövlət Universitetində könüllülük fəaliyyətində fərqlənən tələbələr mükafatlandırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev ölkədə və muxtar respublikada könüllülük hərəkatının inkişafından söz açıb. Qeyd edilib ki, bununla bağlı imzalanan müvafiq sərəncamlar, qəbul edilən dövlət proqramları ali təhsil ocağında da uğurla icra edilir. Universitet tələbələrinin muxtar respublikanın sosial-mədəni, ictimai və tədris mühitində fəallıqları ilə seçildiklərini diqqətə çatdıran rektor könüllü təşkilatların mütəmadi olaraq yeni layihələr irəli sürdüklərini bildirib. Rektor tələbələrə universitetin sosial media imkanlarından istifadə etməyi, təbliğat materiallarını genişləndirməyi və keçmiş məzunlarla birgə iş aparmağı tövsiyə edib.

YAP Universitet şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri Arzu Abdullayev muxtar respublikada dövlət-gənclər siyasətinin davamı olaraq könüllülərə yaradılan şəraitdən bəhs edib.

Tədbirdə könüllülük fəaliyyəti ilə fərqlənən tələbələrdən “İnformasiya texnologiyaları” ixtisası üzrə III kurs tələbəsi Aysu Qafarlı və “Jurnalistika” ixtisası üzrə IV kurs tələbəsi Etibar Dərbəndəliyev çıxış edərək könüllülük fəaliyyətlərindən bəhs edib, bu işdə onlara dəstək olanlara tələbələr adından minnətdarlıq ediblər.

Sonra universitetdə könüllülük fəaliyyətini əks etdirən videoçarx təqdim edilib.

Sonda müxtəlif istiqamətlər üzrə könüllülük fəaliyyəti ilə fərqlənən tələbələrə diplom və hədiyyələr təqdim olunub.

                                  Aysel Nuriyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: