“Naxçıvan” Universitetində “Beynəlxalq həftə”yə yekun vurulub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində dekabrın 6-dan start götürən “Beynəlxalq həftə” layihəsinə bu gün yekun vurulub. Layihənin sonuncu günündə “Almaniya Günü” keçirilib.

Bu münasibətlə keçirilən tədbirdə “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva keçirilən “Beynəlxalq Həftə” və onun məqsədi barədə məlumat verib. Bildirilib ki, layihənin sonuncu günündə keçirilən “Alman Günü”ndə Alman Dili Tədrisi Mərkəzinin direktoru Zəhra Əliyeva, Alman dili Müəllimlər Birliyi idarə heyətinin sədri Lətifə Qurbanova, birliyin üzvləri - Azərbaycan Dillər Universitetinin “Alman dilinin fonetikası və qrammatikası” kafedrasının müdiri Qahirə Axundova, Bakı Slavyan Universitetinin “Alman filologiyası” kafedrasının müdiri Sevinc Rzayeva, “YFU - Azərbaycan” şagird mübadiləsi proqramının rəhbəri Mina Rzayeva, Alman Akademik Mübadilə Xidmətinin metodisti Mara-Lisa Gezer, Avstriya Mübadilə Xidmətinin nümayəndəsi Noemi Tanços, Gürcüstan Höte İnstitutunun Azərbaycan üzrə koordinatoru Kristina Nefçgeri iştirak edirlər.

Universitetin “Xarici dillər” fakültəsində “Alman dili filologiyası” ixtisasının tədris olunduğunu vurğulayan Nurlana Əliyeva bildirib ki, ali təhsil ocağında bu dili öyrənmək üçün hərtərəfli şərait mövcuddur. Ən müasir əyani tədris vəsaitləri və informasiya texnologiyaları ilə təmin olunmuş sinif otaqları, ixtisaslı müəllimlər alman dilinin yüksək səviyyədə tədrisini təmin edib.

“Naxçıvan” Universitetində artıq üçüncü dəfə olduğunu bildirən Alman Dili Tədrisi Mərkəzinin direktoru Zəhra Əliyeva bundan məmnunluğunu ifadə edib. İlk dəfə 2017-ci ildə gəldiyi ali təhsil ocağının ötən illərdə daha da inkişaf etdiyini diqqətə çatdıran Zəhra Əliyeva bunu muxtar respublikada elm və təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürü kimi qiymətləndirib.

Alman dili Müəllimlər Birliyi idarə heyətinin sədri Lətifə Qurbanova birliyin fəaliyyəti barədə ətraflı məlumat verib

Alman Akademik Mübadilə Xidmətinin metodisti Mara-Lisa Gezer xidmətin dünya üzrə gördüyü ümumi iş barədə məlumat verib.

Tədbirdə iştirak edən digər qonaqların da çıxışları dinlənilib, alman dilinin tədrisinin daha səmərəli təşkili üçün görüləcək işlərdən söhbət açılıb.

Aynur Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: