Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin hazırlanması üzrə yaradılan işçi qrupun mütəxəssisləri tərəfindən Azərbaycanın müxtəlif ərazilərində geniş tədqiqatlar aparılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsi və Zoologiya İnstitutunun elmi şuralarının birgə iclasında institutun direktoru vəzifəsini icra edən aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov məlumat verib.
O bildirib ki, “Qırmızı Kitab”ın III nəşrinə nadir, nəsli kəsilməkdə və təhlükə altında olan, qorunmasına ehtiyac yaranan 279 növ heyvanın daxil edilməsi planlaşdırılır.