AMEA Naxçıvan Bölməsində ulu öndərə həsr olunmuş elmi konfrans keçirildi

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Əbədiyaşar lider” mövzusunda keçirilən elmi konfrans Naxçıvan Bölməsi və muxtar respublikanın ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin həyatı və yorulmaz fəaliyyəti haqqında qısa məlumat verib. Bildirib ki, Heydər Əliyev parlaq zəkası, üstün idarəçilik qabiliyyəti, uzaqgörənlik və bir çox mühüm liderlik məziyyətləri ilə dünya siyasət tarixində seçilən dövlət xadimidir. Azərbaycana rəhbərliyinin hər iki dövrü, eləcə də fəaliyyətinin Moskva dövrü çoxsaylı irəliyə yönəlik addımların atılması ilə əlamətdardır.

Akademik söyləyib ki, Heydər Əliyev “Azərbaycan xalqının ümummili lideri” ali adını qazanan yeganə şəxsiyyətdir, çünki o, bütün həyatını ölkənin gələcək inkişafına, xalqın rifahına həsr edib.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov, “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva ümummili liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş məruzələrlə çıxış ediblər.

Məruzəçilər çıxışlarında Heydər Əliyev amallarının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdıraraq yüksələn inkişaf strategiyasının vəd etdiyi gələcək uğurlardan söz açıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: