İlk dəfə olaraq ədəbiyyat fənni üzrə 5-7-ci və 8-9-cu siniflərə aid qiymətləndirmə tapşırıqları kitabları nəşr olunub

A- A A+

İlk dəfə olaraq ədəbiyyat fənni üzrə 5-7-ci və 8-9-cu siniflərə aid qiymətləndirmə tapşırıqları kitabları nəşr olunub.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məktəblilər, abituriyentlər və müəllimlər üçün nəzərdə tutulan bu kitablar hazırkı tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib edildiyi üçün idrakyönümlü, məntiqi, nəzəri bilik və bacarıqları yoxlamağa imkan verir.

Vəsaitlərdən ümumi təhsil müəssisələrində qiymətləndirmə vasitəsi kimi, həmçinin pedaqoji yönümlü ali təhsil müəssisələrində və müəllimlər üçün təlim kurslarında metodiki material kimi istifadə oluna bilər. Kitablarda olan tapşırıqlarla tədris prosesində diaqnostik, formativ və summativ qiymətləndirmə aparmaq mümkündür.

Kitabları “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: