Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Dövlət Rəsm Qalereyası və Miniatür Kitab Muzeyində olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ekskursiya zamanı bələdçi Heydər Əliyev Sarayında muzeytipli müəssisə kimi fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası haqqında məlumat verib. Bildirilib ki, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan qalereyanın əsas məqsədi rəssamların həyat və yaradıcılığını öyrənmək, eyni zamanda gələcək nəsillərə çatdırmaqdır. Vurğulanıb ki, qalereyanın fondunda 150-dən çox rəssamın 500-ə yaxın əsəri var, hazırda ekspozisiya zalında 100-ə yaxın rəsm əsəri nümayiş etdirilir.

Ali təhsil ocağının əməkdaşlarının da əsərlərinin nümayiş edildiyi qalereyaya universitetin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Cavid İsmayılovun müəllifi olduğu “Doğma diyar” əsəri hədiyyə olunub.

Heydər Əliyev Sarayında yerləşən Miniatür Kitab Muzeyində olan qonaqlara məlumat verilib ki,  miniatür kitab kolleksiyalarının müəllifi Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, filoloq Zərifə Salahovadır. Onun müəllifi olduğu kolleksiya 2015-ci ildə “Ginnesin rekordlar kitabı”na düşüb. 1086 nüsxə miniatür kitabın nümayiş olunduğu muzeydə 31 ölkənin bayrağı 15 vitrindən ibarət müxtəlif kitablar, foto və diplomlar sərgilənir. Muzeydə ümummilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən kitablar, o cümlədən müstəqil Azərbaycanın daxili və xarici siyasətində baş verən mühüm tarixi hadisələr haqqında kitablar yer alır. Muzeyin ən kiçik ölçülü kitabı 3 dildə çap olunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Olimpiada andı” kitabıdır. 

Fəxriyyə Səyyadova 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: