Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Həcər Babayeva NDU tələbələri üçün onlayn ustad dərsi keçib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İncəsənət fakültəsinin müəllim və tələbələrinin iştirak etdiyi dərsdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi, musiqişünas Həcər Babayeva görkəmli alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseist Rixard Vaqnerin yazdığı memuarlar əsasında topladığı məlumatları müəllim və tələbələrin nəzərinə çatdırıb. Həcər Babayeva bəstəkarın şəxsi keyfiyyətləri, yaradıcılığının səciyyəvi xüsusiyyətləri haqqında auditoriyaya geniş və maraqlı məlumat verib. Qeyd olunub ki, tarixdə ən çox öyrənilən şəxsiyyətlər siyahısına daxil edilən məşhur bəstəkar musiqi sahəsində bir çox nailiyyətlərin, son dərəcə xromatik və sürətlə dəyişən tonal mərkəzlərdən istifadəsi ilə Avropa klassik musiqinin inkişafına böyük təsir göstərib. Bəstəkarın reformaları, xüsusilə də onun həyatı haqqında professorun tələbələr üçün yeni olan araşdırmaları və təqdim etdiyi faktlar böyük marağa səbəb olub.

Sonra Rixard Vaqnerin “Tanqeyzer” operasından məşhur uvertüra dinlənilib.

Görüş zamanı tələbələri maraqlandıran müxtəlif səpkili suallar ətraflı şəkildə cavablandırılıb.

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: