Akademik İsmayıl Hacıyevin kitabının Kəngərli rayon gənclərinə təqdimatı keçirilib - FOTOLAR

A- A A+

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” adlı kitabın  təqdimatı Kəngərli Rayon Mədəniyyət Sarayında reallaşıb.

Təqdimat mərasimində bildirilib ki, bugünkü kitab təqdimatının məqsədi gənclərdə mütaliə mədəniyyətinin yüksəldilməsi, onların 1995-2019-cu illərdə muxtar respublikada gedən inkişaf prosesləri ilə müfəssəl formada məlumatlandırılmasından ibarətdir. Həmin kitab Naxçıvanın sosial-iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edən fundamental tədqiqat əsəridir. Müəllifin elmi fəaliyyətində prioritet təşkil edən diyarımızın dinamik və davamlı inkişafı əsərdə faktiki materiallar, rəqəmlər əsasında təhlil edilib.

Muxtar respublikanın son 25 ildə keçdiyi inkişaf yolundan, həyata keçirilən layihələr və qazanılan nailiyyətlərdən geniş şəkildə bəhs edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev sözügedən monoqrafiyanın əsas bölmələri barədə məlumat verib. 

Tədbir iştirakçıların müəllifə ünvanladığı suallar əsasında müzakirə şəklində davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: