NDU tələbəsinin Naxçıvanda ilk dəfə olaraq zərgərlik məmulatlarına dair fərdi sərgisi təşkil edilib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetində ilk dəfə olaraq “Rəngkarlıq” ixtisası üzrə IV kurs tələbəsi Eldar Hüseynovun qızıl aksesuarları və zərgərlik məmulatlarından ibarət fərdi sərgisi təşkil edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, universitetin İncəsənət fakültəsinin sərgi salonunda keçirilən tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev fakültədə müxtəlif səpkidə, rəngarəng üslubda təqdim edilən sərgilərin keçirilməsinin ənənə halı aldığını qeyd edib. Bildirilib ki, müəllimlər artıq öz tələbələri ilə birgə hazırladıqları əl işlərini sərgilərdə nümayiş etdirirlər. Elbrus İsayev müəllimlərə əl işləri, rəsm əsərləri və digər sənət nümunələrinin toplanaraq gələcəkdə kataloq şəklində nəşr edilməsini tövsiyə edib.

Sərginin təşkil olunmasına görə minnətdarlığını bildirən Eldar Hüseynov qeyd edib ki, uşaqlıqdan zərgərliyə xüsusi marağı olub, peşənin sirlərini bu sənətin ustalarından öyrənib. Gənc zərgər Qarabağ zəfəriylə bağlı sevincini xarıbülbül sancağı düzəltməklə ifadə etdiyini diqqətə çatdırıb. 

Sonra sərgiyə baxış olub. Qeyd edək ki, sərgidə 27 dəst gümüş və qızıl məmulatları olmaqla ümumilikdə 40-a yaxın zinət əşyaları nümayiş olunub. Sərgiyə qədim sırğa növü olan nacağı, sep, sırğa və üzük dəstləri ilə yanaşı xarıbülbül sancağı, ulu öndərin imzasının qızılla işlənmiş variantı da təqdim olunub. 

Səadət Əliyeva 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: