Naxçıvan Bölməsinin tarixçi alimləri tələbələrlə görüşüblər - FOTOLAR

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunda hamiliyə verilmiş tələbələrlə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və bölmənin tarixçi alimlərinin  görüşü təşkil  olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İsmayıl Hacıyev hamiliyə verilən tələbələrlə görüşün böyük əhəmiyyəti olduğundan  danışıb. “Bunda məqsəd onlara düzgün istiqamət vermək, tarix fənninə olan  maraqlarını daha da artırmağa xidmət edir”,-deyə bildirən akademik Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyətindən danışıb. Qeyd olunub ki, Bölmənin yaradılmasında məqsəd Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanmasından ibarətdir. 

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacı Fəxrəddin Səfərli, institutun Qədim dövr arxeologiyası şöbəsinin müdiri və AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev  çıxışlarında bildiriblər ki, Naxçıvanın zəngin tarixi, özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələrinin lazımi səviyyədə öyrənilməsi vacib məsələdir. Bunun üçün də gənc kadrlar öz peşələrinə dərindən yiyələnməli, tariximizin təhrif olunması hallarına yol verməməlidirlər.

Görüşdə tələbələri maraqlandıran  suallar cavablandırılıb.                                                         

 Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: