NDU-da yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatı tərəfindən “Müstəqillik illərində inkişafın Naxçıvan modeli” yaradıcılıq müsabiqəsi keçirilib.

Ali təhsil ocağında keçirilən mükafatlandırma mərasimində əvvəlcə tələbələrin yaradıcılıq müsabiqəsinə təqdim edilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra müsabiqədə qalib seçilən videoçarx nümayiş olunub.

Universitetin rektoru Elbrus İsayev və Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Partiya təşkilatının sədri Arzu Abdullayevin çıxışı zamanı qeyd edilib ki, layihənin əsas məqsədi Naxçıvanın keçdiyi inkişaf dövrünü və bu inkişafın arxasında duran uğurlu strategiyanı tələbələrin gözündən görmək, onların bacarıqlarını və ideyalarını ortaya çıxarmaqdır. Vurğulanıb ki, müsabiqə 4 istiqamətdə “Publisistik məqalə və ədəbi nümunələr”, “Rəsm əsəri”, “Tələbə tədqiqat işi” və “Video təqdimat” mövzuları üzrə təşkil edilib. Publisistik məqalə və ədəbi nümunələr istiqamətində 103 məqalə təqdim edilib.

Qeyd edilib ki, layihəyə bu ilin oktyabr ayının 15-dən start verilib və dekabr ayının 5-i yekun vurulub.

Sonra yaradıcılıq müsabiqəsinin nominasiyalar üzrə qaliblərinə pul mükafatı və diplomlar təqdim edilib.

Sonda İncəsənət fakültəsinin hazırladığı konsert proqramı  təqdim edilib.

Məmmədbağır Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: