Naxçıvanda Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə vakant vəzifələrin tutulması üçün müsabiqə elan edildi
Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, vakansiya elan olunmuş 434 vəzifə ilə bağlı müsabiqədə iştirak etmək istəyən şəxslər 17 dekabr 2021-ci il-17 yanvar 2022-ci il tarixlərdə Mərkəzin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizədlər 70 manat ödəniş məbləğini “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək mərkəzə təqdim edilməlidir.
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə getməklə müraciət edə bilərlər. Maraqlananlar mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.
Vakansiya elan olunmuş iş yerləri ilə bu linkdən tanış ola bilərsiniz.