AMEA Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər 21 dekabr 2021- 21 yanvar 2022-ci il tarixlərdə Mərkəzin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə magistr təhsilini başa vurmuş və ya magistraturanın ikinci kursunda təhsil alan şəxslərin iştirakı məqsədəuyğundur. Həqiqi hərbi xidmət keçməmiş şəxslər (qadınlar və səhhəti ilə əlaqədar möhlət hüququ olanlar istisna olmaqla) müsabiqəyə buraxılmır.

Namizədlər 70 manat ödəniş məbləğini “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək mərkəzə təqdim edilməlidir. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə getməklə müraciət edə bilərlər. Maraqlananlar mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Vakansiya elan edilmiş iş yerləri ilə bağlı məlumatlarla bu linkdən tanış ola bilərsiniz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: