Dövlət Vergi Xidmətinin əməkdaşları tələbələrlə görüşüb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə hamiliyə verilmiş “Biznesin idarə edilməsi” ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib.
Tədbirdə “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 25 iyun 2021-ci il tarixli Sərəncamın icrası ilə bağlı tələbələrlə keçirilən görüşlərin əhəmiyyətindən danışıb.
Görüşün əhəmiyyətindən danışan Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev bildirib ki, məqsəd onlara düzgün istiqamət vermək, ixtisaslı kadr kimi yetişmələrinə zəmin yaratmaqdır. Xidmət rəisi tələbələrin yerli vergi orqanlarının iş prosesinə cəlb olunmaları, cari əməliyyatların aparılmasında və hesabatların hazırlanmasında birbaşa iştiraklarının təmin edilməsi istiqamətində görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Sonda tədbir iştiralçılarını maraqlandıran suallar cavablandırılıb.
Adilə Səfərova