NDU və ATU-nun birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda 7 ölkədən mütəxəssislər iştirak edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Endometrioz-cərrahi müalicəsi və multidissiplinar problemlər” mövzusunda keçirilən onlayn beynəlxalq konfrans  Naxçıvan Dövlət Universitetinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb. Azərbaycan, ABŞ, Türkiyə, İtaliya, Rusiya, Almaniya, Özbəkistan olmaqla ümumilikdə 7 ölkə mütəxəssislərinin iştirakı ilə təşkil olunan konfransa 1200-ə yaxın izləyici qatılıb. 

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ali təhsil ocağının  rektoru Elbrus İsayev tibbi kadr hazırlığında keçirilən konfrans, seminar, ustad dərslərinin əhəmiyyətindən və Azərbaycan Tibb Universitetinin Naxçıvan Dövlət Universitetində tibbi kadr hazırlığında göstərdiyi dəstəkdən danışıb.

Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Türkiyə Ostomi Cərrahi dərnəyi başkanı Ömər Alabaz, Türkiyə Endoskopik və Laparoskopiya cərrahi dərnəyi başqanı Rasim Gəncosmanoğlu, Rusiyadan professor Vişnevski adına Cərrahiyyə İnstitutunun kafedra müdiri Yuri Starkov, Özbəkistandan Daşkənd Pediatriya Tibb İnstitutunun kafedra müdiri Caxongir Qurbanov aktual mövzuya həsr olunan konfransın əhəmiyyətindən danışıblar.

Konfransın məruzələr bölməsində ABŞ-dan, Türkiyədən, İtaliyadan Almaniyadan,Özbəkistandan, həmçinin ölkəmizin ali təhsil müəssisələrindən bir sıra konfrans iştirakçısının çıxışı dinlənilib.

Məruzələrdə xəstəliyin profilaktikasının yetkinlik dövründən başlanılması, qızlarda skrininq  müayinələrin  aparılması və hormonal balansın normallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Belə ki, erkən  müdaxilə xəstəliyin qarşısının alınmasında böyük əhəmiyyət daşımaqla yanaşı, qadın sonsuzluğunun qarşısını alır.

Məruzələrdə, həmçinin qeyd olunub ki, endometrioz həm də daxili orqanlarda, mədə-bağırsaq sistemində, gözün selikli qişasında və və digər üzvlərdə də rast gəlindiyinə görə təkcə ginekoloji xəstəlik hesab olunmamalı, cərrahiyyənin də aktual bir problemi  kimi diqqətə alınmalıdır.

Konfransın sonunda moderatorlar Müşviq Həsənov, Erkut Attar yaradılan şəraitə görə təşkilatçılara minnətdalıq ediblər. 

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: