NDU tələbələri arasında maraqlı aksiya... - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə fakültələr arasında "Ekoloji şam ağacı aksiyası" çərçivəsində elan edilən müsabiqəyə fakültələr tərəfindən bir-birindən fərqli format və üslubda şam ağacları təqdim olunub.  

"Tibb", "Təbiətşünaslıq və Kənd təsərrüfatı", "Beynəlxalq münasibətlər və Hüquq", "Tarix-Filologiya", "Memarlıq və Mühəndislik", "İqtisadiyyat və İdarəetmə" fakültəsi tələbələri öz maraqlı ideyaları, dizayn xüsusiyyətləri ilə seçilən şam ağacları hazırlayıb nümayiş etdiriblər. Düzəldilən şam ağacları fakültələrdə tədris olunan ixtisaslara müvafiq olub.

Qeyd edək ki, hazırlanan əl işlərinin qiymətləndirilməsi ali təhsil ocağında 28 dekabrda keçiriləcək  Yeni il şənliyində müvafiq səsvermə yolu ilə baş tutacaq.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: