Naxçıvan Dövlət Universitetində Smart tələbə kartlarının təqdimatı keçirilib - FOTOLAR

A- A A+

Smart tələbə kartları ali təhsil ocağının elektronlaşma mərhələsində ən böyük uğurlarından sayılır. Gələcəkdə bütün universitet əməkdaşları üçün smart kartların verilməsi yüksək innovasiyaların və yeni texnologiyaların sürətlə tətbiq olunduğu ali təhsil ocağında elektron universitet modelinin möhkəmlənməsində və inkişafında mühüm hadisə olacaq. Texnologiyalar parkının imkanlarından istifadə üçün adı çəkilən kartlardan  geniş istifadə ediləcək. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri təqdimat mərasimində Smart kartların əhəmiyyətindən danışan universitetin rektoru Elbrus İsayev deyib.

Mərasimdə vurğulanıb ki, smart tələbə kartları layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və Naxçıvan Dövlət Universitetinin təşəbbüsü, “Naxçıvanbank” ASC və Mastercardın dəstəyi ilə 2020-ci ildən həyata keçirilir. Buraxılış kursları istisna olmaqla bakalavriat və magistratura təhsil pillələrinin əyani şöbəsində təhsil alan ümumilikdə 3000-ə yaxın tələbəyə və bu tədris ilində isə universitetin I kursunda təhsil alan 1200-ə yaxın tələbəyə smart kartlar təhvil verilib. Bu kartlar tələbələr üçün yeni vahid beynəlxalq standartlarla hazırlanmış tələbə biletidir. Kartın mühüm xüsusiyyətlərindən biri də debet bank kartı olmasıdır. Tələbələrə istər dövlət, istərsə də tədris müəssisəsi tərəfindən ödənilən təqaüdlər həmin kartlar vasitəsilə veriləcək, tələbələr ölkə daxilində və xaricdə bu kartlarla istənilən ödənişləri rahatlıqla həyata keçirə biləcəklər. Eyni zamanda bütün regionlardan rahatlıqla bu kartlara maliyyə vəsaiti göndərmək mümkün olacaq, kartlardan istifadənin  genişləndirilməsi ölkədə nağdsız ödənişlərin təşviqində müasir ödəniş mədəniyyətinin formalaşdırılmasında, maliyyə savadlılığının artırılmasında mühüm addım olacaq.

Sonda yüksək nəticə ilə ali təhsil ocağına qəbul olan tələbələrə smart kartlar təqdim edilib.

Məmmədbağır Dünyamalıyev 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: