Naxçıvan məktəbliləri arasında “Xətt izləyən robot” yarışması keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan müsabiqənin keçirilməsində məqsəd şagirdlərin texnologiya sahəsinə marağını və bu sahədəki məlumatlılığını artırmaq, robototexnika üzrə bilik və bacarıqlarının aşkar edilməsi, robotların qurulması, proqramlaşdırılması, idarə edilməsi metodlarını öyrətməkdən ibarətdir.

Tədbirdə STEAM təhsilinin tətbiqi ilə bağlı görülən işlər haqqında danışan təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu günədək 53 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, əlavə olaraq 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması və “STEAM təhsil festivalı”nın keçirilməsi istiqamətində işlər davam etdirilir. Bu günədək Təhsil Nazirliyinin təşkilatçılığı ilə yerli STEAM təlimçiləri və Beynəlxalq təcrübəyə malik mütəxəssislərin tərəfindən 325 müəllimə təlimlər keçirilib.

Nazir məktəbli komandaların “Xətt izləyən robot” yarışması üçün arduino, microbit və lego dəstlərindən hazırladıqları robotlarla tanış olub, şagirdlər robot layihələri haqqında məlumat veriblər. Sonra yarışa start verilib, komandalar robotlarla müxtəlif yol xətti üzərində robotlarını işə salıblar.

Yarışda şəhər  və  rayon  məktəblərinin VI-XI sinifləri üzrə 29 komanda olmaqla, ümumilikdə 90 şagird müxtəlif sayda xətt izləyən robotla yarışıb.

Sonda yarışmada təyin olunan vaxtı ən qısa müddətdə və ən az cərimə xalı ilə başa vuran komandalar münsiflər heyəti tərəfindən qalib elan olunub. Yarışın 3 mərhələsində uğur qazanan komandalar I, II, III yerə layiq görülüb, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: