“Naxçıvan” Universitetində muxtar respublikanın regionlarının sosial-iqtisadi inkişafına həsr olunmuş elmi konfrans keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, universitetin müəllim və tələbə kollektivinin iştirak etdiyi konfransda rektor Nurlana Əliyeva müstəqillik illərində muxtar respublikanın həm iqtisadi, həm sosial həyatındakı dəyişikliklərdən və əldə olunan nailiyyətlərdən danışıb.

“Naxçıvan Muxtar Respublikası 2017 və 2018-ci illərdə ölkəmizin regionları arasında birincilik qazanıb, bir sıra parametrlər üzrə lider olub. Ümumi daxili məhsulun artması, yeni istehsal müəssisələrinin yaradılması, ərzaq və enerji təhlükəsizliyinin həlli, ixrac yönümlü məhsulların istehsalı muxtar respublikanın davamlı artan iqtisadi potensialından xəbər verir”,- deyən rektor bildirib ki, Ulu öndər Heydər Əliyev siyasətinə sədaqət və əzmkarlıq Naxçıvanın inkişafının əsas ideoloji qüvvəsidir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Anar Cəfərovun, “İqtisadiyyat” kafedrasının müəllimi Əbdülhüseyn Zamanovun, universitetin I kurs magistrantı Nicat Ağayevin mövzu ilə bağlı  çıxışları dinlənilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: