Qaraciyər xərçənginin diaqnozu və müalicəsində süni intellektin tətbiqi məsələləri araşdırılır

A- A A+

AMEA İnformasiya Texnologiyaları İnstitutunda qaraciyər xərçənginin diaqnozu və müalicəsində süni intellektin tətbiqi məsələləri araşdırılır.

İnstitutdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, qaraciyər xərçənginin diaqnozu və müalicəsi üçün süni intellektin tətbiqi ilə bağlı tədqiqatlar əsasən 6 istiqamət - virtual köməkçi (virtual assistants), tibbi təsvirlərin analizi, köməkçi terapiya (adjuvant therapy), müalicəyə reaksiya və proqnozun qiymətləndirilməsi, dərmanların hazırlanması və sınaqdan keçirilməsi, əməliyyatdan sonrakı reabilitasiya prosesinin idarə edilməsi üzrə aparılır. Bu sahədə MRT və KT təsvirlərin birgə 3D vizuallaşdırılmasından istifadə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: