AMEA Naxçıvan Bölməsində Həmrəylik Günü münasibətilə təşkil olunmuş interaktiv dərsi 200-ə yaxın ümumtəhsil məktəbinin şagirdləri dinləyib

A- A A+

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov XX əsrin 80-90-cı illərində ölkədə mövcud olan vəziyyətdən bəhs edərək həmrəyliyimizə gedən yolun tarixi haqqında ətraflı məlumat verib. Hələ Azərbaycanda hakimiyyətinin birinci dövründə ümummilli lider Heydər Əliyev tərəfindən xalqın birliyinə yönəlik məqsədyönlü tədbirlərin görüldüyünü diqqətə çatdırıb. 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması dahi rəhbərin xalqımız üçün qəbul etdiyi mühüm tarixi addımlardan biri olduğu vurğulanıb.

Tədqiqatçı milli birliyimizin möhkəmləndirilməsi istiqamətində görülən ardıcıl işləri məktəblilərin diqqətinə çatdırıb. Qeyd olunub ki, dünya azərbaycanlılarının birlik və həmrəyliyini təcəssüm etdirən dörd qurultayın keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün ən əlamətdar hadisə olmuşdur.

2020-ci ilin sentyabr ayında başlayan haqq savaşımızda dünya azərbaycanlılarının “Dəmir yumruq” altında birləşdiyini söyləyən alim bildirib ki, bu zəfər ordumuzun, dövlətimizin hərb və siyasət meydanında qələbəsi olmaqla yanaşı, həm də azərbaycançılıq ideologiyasından qidalanan xalq həmrəyliyinin haqq zəfəri idi. Bu birliyin ideya mərkəzində isə milli məfkurə, azərbaycançılıq ideologiyası dayanır.

İnteraktiv dərs muxtar respublikanın 200-ə yaxın ümumtəhsil məktəbinin şagirdləri tərəfindən dinlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: