Beynəlxalq Türk Akademiyası “Türk dünyası - 30” adlı kitab nəşr edib

A- A A+

Beynəlxalq Türk Akademiyası türk dövlətlərinin müstəqilliyinin 30-cu ildönümünə və qardaş ölkələrin inteqrasiya prosesinə həsr olunmuş “Türk dünyası - 30” adlı kitab nəşr edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kitabda Türk Dövlətləri Təşkilatının ilk Baş katibi Halil Akıncının, Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənovun, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralinin, TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun, Türkiyə Elmlər Akademiyasının rəhbəri Müzaffer Şekerin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyevin, Qırğızıstan MEA-nın prezidenti Murat Cumatayevin, Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Zarema Şaukenovanın, ANKASAM sədri Mehmet Seyfettin Erolun, Özbəkistan Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktoru Eldor Aripovun, azərbaycanlı və qazaxıstanlı deputatların, həmçinin bir sıra digər dövlət adamlarının, beynəlxalq təşkilatların rəhbərlərinin, diplomatların, 30 il ərzində əməkdaşlığın inkişafı üçün çalışmış ekspertlər və alimlərin təhlilləri yer alıb.

Kitabda yer alan məqalələrdə türk dövlətlərinin inteqrasiya prosesinin müxtəlif istiqamətləri, xüsusilə elmi-humanitar, mədəni və iqtisadi əməkdaşlığın mövcud durumu və perspektivləri təhlil olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: