İsveçdə turoperator şirkəti robotu işə götürüb

A- A A+

Böyük turoperator şirkətinin İsveç bölməsi robotu işə götürüb.

NUHÇIXAN “rambler.ru” saytına istinadla xəbər verir ki, yeni əməkdaş olan "Pepper" adlı robot ətraf mühiti tanıyır və insanların emosiyasına reaksiya verir. Robot ayaq əvəzinə, kiçikölçülü təkərlərdən ibarət sistemə malikdir. Sinəsinə informasiyanın göstərilməsi və insanlarla əlaqə yaradılması üçün 10 düymlük planşet quraşdırılıb.

Robot danışığı başa düşür: yaddaşı təxminən 4500 sözdən ibarətdir. O, danışa, rəqs edə, söhbəti dəstəkləyə və sadə tapşırıqları yerinə yetirə bilər.

Kruiz və otel biznesində robotlardan istifadə təcrübəsi artıq olub, lakin turoperatorun ofisində belə texnikadan ilk dəfə istifadə ediləcək.

Şirkətin heyət üzrə direktoru Elke Ellerin sözlərinə görə, hər bir əməkdaş kimi robotun da şəxsi hesabı və gündəlik vəzifələri olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: