Vikipediyanın Azərbaycan dili bölməsində keyfiyyət yüksəlib

A- A A+

Vikipediyanın Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 37-dən 38-ə qalxıb. Bu, dilimizdə zəngin məqalələrin yaradılmasına işarədir. Son illər vikipediyanın Azərbaycan dil bölməsində uğurlu proses müşahidə olunmaqdadır. Uğurlu nəticə Azərbaycanca vikipediya icmasının könüllülərinin fədakarlığı və gərgin əməyinin nəticəsidir. Onlar sərbəst elektron resursa öz töhfələrini verirlər.

NUHÇIXAN İnformasiya Agentliyinə bu barədə jurnalistlərə vikipediya üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Onun sözlərinə görə, keyfiyyətli, məzmunlu və etibarlı istinadlara dayanan məqalələrin yaradılması sevindirici haldır. Doğma dilimizdə nə qədər çox keyfiyyətli, məzmunlu, etibarlı mənbələrə istinadən məqalələr yaradılarsa, vikipediyaya maraq və istək artacaq.

"Sevindirici hal odur ki, son zamanlar gənclər arasında vikipediyada məqalə yaratmağa və dəyişiklik etməyə böyük maraq yaranıb. Onlar təlimlərdə fəal iştirak edirlər. Hədəflər böyükdür", - E.Eltürk deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: